2 yaşlı uşağı maşın vurub öldürdü

Neftçala rayonunun Xəzər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 30-da saat 8 radələrində Neftçala rayonunun Xəzər kəndi ərazisində Masallı rayon sakini C.Təhməzov “QAZ-3302” markalı avtomobili geri idarə edərkən 2 yaşlı uşağı vurmuş və nəticədə uşaq hadisə yerində ölmüşdür.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə