Şəki sakinindən “Naqan” götürülüb

Şəki şəhər sakini R.Əliyevin evinin zirzəmisindən tapança, yivli tüfəng və 41 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini R.Əliyevin evinin zirzəmisindən “Naqan” markalı tapança, “İJ” markalı yivli tüfəng və 41 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...