Hacıqabulda yol nəqliyyat hadisəsi baş verib

Hacıqabul ərazisində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə Bakı Qazax yolunun 111-ci kilometrliyində Hacıqabul ərazisində sürücü 1959-cu il təvəllüdlü Loladze Əhməd Həmid oğlu idarə etdiyi VAZ 2106 markalı 24 BD 892 nömrəli avtomabillə qarşısında gedən sürücü İmişli rayon sakini 1980-cı il təvəllüdlü Mirişov Anar Mirağa oğlunun idarə etdiyi Mersedes markalı 10 XU 385 nömrəli minik avtomabilini ötərkən toqquşublar.

Nəticədə hər iki avtomabil yoldan çıxaraq dərəyə yuvarlanıb və əslən Mesxeti türkü olan Hacıqabulun Nəvahi stansiyasında yaşayan Əhməd Loladze ağır xəsarət alaraq Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYP-ni istintaq bölməsində araşdırma aparılır.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə