Divarlara narkotikaya dair yazı yazanlar saxlanılıblar - polis

Divarlara narkotikaya dair yazı yazanlar saxlanılıblar - polis

Xaçmaz rayonunda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazılması ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. SİA xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.Əspəndiyev və yetkinlik yaşına çatmayan daha iki nəfər müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə