Zərdabda avtomobil kanala düşüb, 2 nəfər ölüb

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Zərdab–Kürdəmir avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq su kanalına aşıb. Qəza zamanı maşında olan 2 nəfər ölüb, xəsarət alanların olduğu bildirilir. Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə