Ağdamda ata və azyaşlı övladları minaya düşüblər - YENİLƏNİB

Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində 3 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, mina xəsarəti alan nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1983-cü il təvəllüdlü Məmmədov Səbuhi Elman oğluna sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

2012-ci il təvəllüdlü Məmmədova Dəniz Səbuhi qızına hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü Məmmədov Elmar Səbuhi oğlu isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Bütün xəbərlər Facebook səhifəmizdə