Bakıda obyektlərdən 42 min manatlıq oğurluq olub

Bakıda obyektlərdən 42 min manatlıq oğurluq olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonu ərazisində yerləşən 2 obyektdən oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 42620 manat maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı E.Quliyev, 33 yaşlı F.Niftəliyev və 28 yaşlı O.Həbibov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə