İldırımın elektrik dirəyinə düşmə anı mobil telefona düşüb

Türkiyənin Şanlıurfanın Ceylanpınar rayonunda ildırımın elektrik dirəyinə düşmə anı mobil telefon kamerasına düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şanlıurfanın Ceylanpınar rayonunda Turqut Özal küçəsində gecə saatlarında ildırım çaxması nəticəsində səmanı işıqlandırıb.

Cib telefonunun kamerası ilə ildırım çaxma anını lentə alan Cuma Aytəkin ildırımın elektrik dirəyinə dəydiyi anı lentə alıb. Zərbə anında ortaya çıxan mənzərə təbii hadisənin şiddətini üzə çıxarıb.

İldırım çaxma anını lentə alan məhəllə sakinlərindən Cuma Aytəkin "Yağış yağırdı, ildırım çaxanda həm yağışın, həm də şimşək çaxmasının görüntüsünü çəkmək üçün bayıra çıxdım. Kameranı işə salanda ildırımın çaxmasını lentə aldım" dedi.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə