Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı min nəfəri ötüb, təqribən 2,3 min nəfər zərər çəkib. SİA xəbər verir ki, bu barədə MRTV məlumat yayıb. Məlumata görə, 30 nəfər itkin düşüb. Cümə günü baş vermiş 7,7 bal gücündə zəlzələ bütün ölkə ərazisində dağıntılara səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə