Yevlaxda mikroavtobusla minik maşını toqquşub, 5 nəfər xəsarət alıb

Yevlaxda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər - 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1984-cü il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədov, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov və 1990-cı il təvəllüdlü Arzu Həmidova xəsarət alıb.

Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə