Beyləqanda yol qəzası olub - xəsarət alan var

Beyləqan rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, 2006-cı il təvəllüdlü Bilalov Xəyal Əsgər oğlu avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı sürücü xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin mübarək travması diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə