Piyada ölümü ilə nəticələnən yol qəzası olub

Astarada maşın piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Pensər kəndində baş verib.

Belə ki, Qismət Feyziyev idarə etdiyi “VAZ 2104” markalı avtomaşınla idarəetməni itirərək piyada Xəyalə Nəsirovanı vurub.

Hadisə nəticədə Xəyalə Nəsirova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə