Təqsirləndirilən Türkiyə vətəndaşına cəza istənilib

Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Turan Yeşilə cəza istənilib. SİA-nın məlumatına görə, oktyabrın 30-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə A.T.Yeşilin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Dövlət ittihamçısı onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, bu il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə Bakı şəhər Prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1984-cü il təvəllüdlü A.T.Yeşilin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, A.T.Yeşil prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə