Braziliyanın Parana əyalətində magistral yolda baş verən sürüşmə nəticəsində azı 2 nəfər ölüb, onlarla insan itkin düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ərazidə avtomobil yolunda baş verən sürüşmədə 20-yə yaxın minik və yük maşınının sürükləndiyi açıqlanıb. Fövqəladə hallar rəsmisi Manoel Vasko verdiyi açıqlamada qurbanların dəqiq sayını bilməyin çətin olduğunu, 30-50 nəfər arasında olduğu təxmin edilən itkinlərin axtarışlarının davam etdiyini bildirib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə