Maştağa qəsəbəsi sakininin torpağa basdırdığı tüfəng və patronlar aşkarlanıb

Maştağa sakininin torpağa basdırdığı silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildiriblər ki, DİN-nin Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Baki İstintaq Təcridxanasında cəza çəkən Maştağa qəsəbə sakini Vüqar Quliyevin qəsəbə ərazisində torpağa basdırdığı nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və altı ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə