Təhsil işçilərinin Sentyabr Konfransı keçirilir - YENİLƏNİR-FOTOLAR
Bu gün Bakı şəhəri təhsil işçilərinin Sentyabr Konfransı keçirilir. SİA xəbər verir ki, konfransda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, nazirliyin struktur bölmə rəhbərləri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, millət vəkilləri, rektorlar, məktəb direktorları, məzunlar və media nümayəndələri iştirak edirlər.
Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB