“Uşaqlar məktəbə forma ilə gəlməlidir. Bu, məktəb daxilində bərabərsizliyin qarşısını alır”. SİA xəbər verir ki, bunu media üçün təşkil olunan brifinqdə jurnalistlərin sualına cavab olaraq elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, valideyn onsuz da məktəbə gedən uşağına forma almalıdır: “Forma da bazardakı geyimdən baha deyil. Biz heç kimi forma geyinməyə məcbur etmirik. Şagirdlərin geyiminə məktəb özü qərar verir. Qaydaları pozan məktəblər varsa, Təhsil İdarələrinə müraciət etsinlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB