“Biz bu müəllimləri işdən çıxarmağı planlaşdırmırıq” - TƏHSİL NAZİRİ
“Azərbaycanın elə məktəbi var ki, şagird sayı 33-dür. Həmçinin həmin məktəbdə 14 müəllim var”. SİA xəbər verir ki, bunu media üçün təşkil olunan brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Emin Əmrullayev sözlərinə belə davam edib: “Biz bu müəllimləri işdən çıxarmağı planlaşdırmırıq. Lakin bütün bu səhvlik nə zaman edilib? Niyəsini izah etmək çox çətindir. Real gerçəklik dəyişmir. Belə məktəblərin sayı yüzlərlədir. Burada tək bir şəxsi günahlandırmaq düzgün deyil”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB