DİM avqust ayında bu imtahanları edəcək- - DİQQƏT

DİM avqust ayında keçirilən və keçiriləcək imtahanlarla bağlı məlumat verib. SİA xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən xəbər verilib.

- Rezidenturaya qəbul üzrə I mərhələdə müsabiqə şərtlərini ödəyən və II mərhələdə iştirak etmək hüququ olan namizədlərin qeydiyyatı (5 -11 avqust)

- Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə imtahan (7 avqust)

- Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi (8 - 17 avqust)

- Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi (16 - 28 avqust)

- Rezidentura səviyyəsinə qəbul imtahanı (2-ci mərhələ) (21 avqust)

- Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı (21 avqust)

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...