Pandemiya ilə əlaqədar bəzi imtahanlarda dəyişiklik edilib DİM

"V qrupda qabiliyyət tələb edən ixtisaslar olmasına baxmayaraq, pandemiya ilə əlaqədar bəzi imtahanlarda dəyişiklik edilib". SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsində canlı yayımda Mərkəzin şöbə müdiri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, bu qrupda bütün müəllimlik ixtisaslarında qabiliyyət imtahanları ləğv edilib. Bu il məşqçilik ixtisasına qabiliyyət imtahanı tələb olunmur. Bir sıra ixtisaslarda da qabiliyyət imtahanlarının sayı azalıb. Dizayn ixtisası üzrə yalnız bəzi universitetlərdə qabiliyyət imtahanı vermək tələb olunur. Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət, Memarlıq və İnşaat universitetlərində dizayn ixtisası üçün rəsmdən qabiliyyət imtahanı vermək lazım idi, digərlərində isə yalnız buraxılış imtahanında 60 və daha çox bal toplamaq tələb olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə