Təhsil naziri Mikayıl Cabbarov "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmr imzalayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əmrə əsasən, ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyası mövcud qaydalara uyğun təşkil ediləcək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müvafiq tədbirlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB