Təhsil naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Təhsil naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də saat 11.00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin aprelində şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Təhsil Nazirliyindən bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar aprelin 7, 8, 9 və 10-da bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyətı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə