Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 20-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün I I və I I I ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə bağlı apelyasiya komissiyası yaradıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, apelyasiya komissiyasına müraciət etmək istəyənlər iyulun 21-də saat 10-dan 17-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə