Rezidentura səviyyəsinə qəbul imtahanının nəticələri bu gün açıqlanacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən martın 30-da keçirilən rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələrinin bu gün açıqlanması nəzərdə tutulub. Bu barədə SİA-ya TQDK-nın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunub. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB