Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ixtisas seçimi sentyabrın 9-dan sentyabrın 12-dək internet vasitəsi ilə aparılır.
Müsabiqədə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. İmtahanın nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlər müsabiqədə iştirak edə bilməzlər.
Qeyd edək ki, boş qalmış plan yerlərinin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB