Təhsil naziri məktəblilərin itkin düşməsi faktına münasibət bildirib

Təhsil naziri məktəblilərin itkin düşməsi faktına münasibət bildirib

"Əksər hallarda onlar tapılaraq öz evlərinə qaytarılıblar. Arzu edirəm ki, bu dəfə də uşaqlar sağ-salamat öz evlərinə qayıtsın. Əlbəttə, səbəblər müxtəlif ola bilər. Biz hamımız çalışmalıyıq ki, bu cür hallar olmasın". SİA-nın xəbərinə görə, bunu Təhsil naziri Misir Mərdanov son günlər məktəblilərin itkin düşməsi faktına münasibət bildirərkən deyib.

Belə halların baş verməsinə təəssüf etdiyini deyən nazir, qeyd edib ki, bu hadisələrin baş verməməsi üçün əsas məsuliyyət valideynlərin üzərinə düşür: "İkinci məsuliyyət isə əlbəttə, məktəb və müəllimindir"

Qeyd edək ki, son günlərdə Bakıda 3 məktəbli itkin düşüb. Onlar məktəbə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıblar. Onlardan 2-si tapılsa da, birinin axtarışları davam edir.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə