Hərbi hissədə bayram konserti keçirilib

Hərbi hissədə bayram konserti keçirilib

Müqəddəs Qurban bayramı ilə əlaqədar Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatı (AMK TGT), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə Bakıda yerləşən "N" saylı hərbi hissədə bayram konserti keçirib. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, konsert proqramında hərbiçilərdən ibarət ansambl AMK TGT-nin üzvləri ilə birlikdə çıxış edib.

Xatırladaq ki, bu AMK TGT-nin hərbi hissələrdə verdiyi sayca 3-cü konsert proqramı idi.

Eyni zamanda Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının (ADU TGT) üzvləri Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli internat evini ziyarət ediblər. İnternat evinin sakinləri qarşısında çıxış edən ADU TGT sədri Xıdır Kazımov, onları bayram münasibəti ilə təbrik edib.

Uşaqlar üçün bayram sovqatı gətirən ADU TGT üzvləri, onlara rəngarəng konsert proqramı da hədiyyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə