Oğlan məzunlara güzəştlər ediləcək

2012/2013-ci tədris ili üçün Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən oğlan məzunlara müəyyən güzəştlər ediləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ali məktəblərin builki oğlan məzunlarına hərbi xidmətdən bir çağırış möhlət hüququ veriləcək. Rezidenturaya keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün oğlan məzunlara şərait yaradılıb. Belə ki, imtahanla əlaqədar möhlət hüququ verilən oğlanların hərbi xidmətə getməsi imtahandan sonra müvafiq qaydalara uyğun olaraq həll ediləcək.


Rezidenturaya daxil olmayanlar hərbi xidmətə gedəcəklər. Rezidenturaya daxil olanların hərbi xidmət məsələsi isə qanuna uyğun həll ediləcək. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən, rezidenturada təhsil alan oğlanlara təhsillərini bitirənədək hərbi xidmətdən möhlət hüququ verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...