Məleykə Abbaszadə daha çox səhvlərə rast gəlinən dərsliklərin adlarını açıqlayıb

Məleykə Abbaszadə daha çox səhvlərə rast gəlinən dərsliklərin adlarını açıqlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daha çox səhvlərə rast gəlinən dərsliklərin adlarını açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, dərsliklərdə olan səhvlər müxtəlifdir, amma səhvlərin çoxu rus bölməsi üzrə dərsliklərdə rast gəlinir. Çünki Azərbaycan dilində olan mövcud səhvlərə tərcümənin səhvləri də əlavə edilir. Ümumilikdə fənnlər üzrə səhvlərə nəzər saldıqda daha çox "Tarix" və "Biologiya" dərsliklərində səhvlər qeydə alınıb. Səhvlər "Abituriyent " jurnalının I sayında dərc edilib. Bu səhvləri göstərməklə məqsədimiz kiminsə səhvini qabartmaq deyil. Sadəcə biz istəyirik ki, abituriyentlər imtahana gələndə dərsliklərdə olan səhvlərə görə imtahanda səhv etməsinlər",- deyə TQDK sədri bildirib.



Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə