Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi davam edir

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi davam edir

Dəmir yolu xəttinin təməli ölkə Prezidenti tərəfindən 2021-ci il fevral ayının 14- də qoyulmuşdur.
Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km-dir. ADY-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dəmir yolu xəttinin trassasında 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) yerləşir. Həmçinin, layihə çərçivəsində 3 ədəd tunelin, 41 ədəd körpünün, 3 ədəd qalereyanın, 7 ədəd yolötürücünün və ümumilikdə isə 450-ə yaxın suni mühəndisi qurğunun tikintisi planlaşdırılır.

Dəmir yolu xəttinin tikintisi işləri minatəmizləmə prosesinə paralel aparılır və hazıradək 105 km ərazi minalardan təmizlənib.

Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir və hal-hazırda dəmir yolu xəttinin ox üzrə 55 km hissəsi tamamlanmışdır.

I mərhələ: Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edən 30 km-lik ərazidə: Torpaq işləri 97%, suni qurğular 93%, dəmir yolunun üstquruluş elementləri isə 90% həcmində tamamlanıb.
II mərhələ: Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edən 30-85 km-lik arası ərazidə: Torpaq işləri 33%, suni qurğular 62%, dəmir yolunun üst quruluşu elementləri isə 31% həcmində tamamlanıb.

III mərhələ: Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işləri yerinə yetirilir.

Layihənin 2023-cü ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə