Avropada təbii qazın qiyməti martın 2-də birjada gündəlik ticarəti başa çatdıqdan sonra 1000 kubmetr üçün təxminən 2000 dollar səviyyəsində olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Londonun "ICE" birjasından bildirilib.
Qeyd olunub ki, bundan əvvəl gündüz saatlarında təbii qazın qiyməti 1000 kubmetr üçün 2 226 dollara çataraq tarixi rekordu qırıb.
Hollandiyanın "TTF" habında aprel fyuçerslərinin təbii qazın qiyməti günün sonunda 1000 kubmetr üçün 1997 dollara və ya MVt/saat üçün 174 avroya yüksəlib.
Ümumilikdə qazın gün ərzində qiyməti 43 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB