Lizinq aqrar sektorun inkişafı üçün vacib faktordur - İQTİSADÇI EKSPERT AÇIQLADI
"Lizinq fəaliyyətinin təkmilləşdirilməsi aqrar sektor üçün vacib istiqamətlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bütövlükdə qanunvericilikdə baş verən dəyişikliklərin əsas məqsədi kənd təsərrüfatında çalışan sahibkarların lizinqə çıxış imkanlarının artırılmasından ibarətdir: "Nəzərə alsaq ki, lizinq, aqrar sektorun inkişafı və xüsusən də əkinçiliyin inkişafı çox vacibdir. Ona görə də bütövlükdə lizinq xidmətinin keyfiyyətinin daha da artırılması, burada təbii ki, optimal şərtlərlə lizinqin təqdim edilməsi, fermerlərin, eləcə də sahibkarların lizinqlərə çıxış imkanlarının artırılması prioritet məsələdir. Gözlənilir ki, 2022-ci il daxil olmaqla növbəti dövrlərdə fermerlər lizinqdən daha çox istifadə etmək imkanına malik olacaqlar. Bu daha çox onların öz təsərrüfatlarının genişləndirilməsi baxımından vacibdir. Nəzərə alsaq ki, ərzaq təhlükəsizliyi və ərzaq təminatı nəinki Azərbaycanda ümumilikdə bütün dünya üçün prioritet məsələlərdəndir. Çünki lizinq xidmətlərinin genişləndirilməsi əsas istiqamətlərdən biridir. Bu, bütövlükdə aqrar sektorda məhsuldarlığın artmasında, xüsusən də fermerlərin öz təsərrüfatlarının genişləndirməsinə stimul yaradacaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB