Artan maliyyə imkanları ilk növbədə əməkhaqqı artımlarına yönəldilir - DEPUTAT MÖVQE BİLDİRDİ
"Ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə başlanmışdır. Cənab Prezidentin imzaladığı sərəncamlara əsasən, minimum əməkhaqqının, təhsil işçilərinin və digər pedaqoji sahələrdə çalışanların, eləcə də dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması yeni sosial paketin tərkib hissəsidir. Bu sənədlər onu təsdiqləyir ki, Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Ölkəmizin artan iqtisadi və maliyyə imkanları ilk növbədə sosial müdafiə və təminat, əməkhaqqı artımlarına yönəldilir". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısının müvafiq sərəncamına əsasən, minimum əmək haqqı 250 manatdan 300 manata qaldırılıb. Minimum əmək haqqının məbləği 50 manat və yaxud 20% artırılaraq 250 manatdan 300 manata çatdırılması dövlət və özəl sektorda yüz minlərlə şəxsin əməkhaqqlarına da əhəmiyyətli dərəcədə təsir edəcək. Minimum əməkhaqının artımı Vahid tarif cədvəli (VTC) əsasında bütün pilləllər üzrə artmağa imkan verəcəkdir. VTC üzrə işləyənlərin əməkhaqqı artımı 800 min nəfərə şamil oluncaq. Bunun 400 min-i dövlət, 400 min-i qeyri-dövlət sektorlarını əhatə edir. Beləliklə, bu sosial tədbir son 3 ildə davam etdirilən sosial paketin məntiqi davamıdır. Son 3 ildə minimum əməkhaqqı 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək bazarına da mühüm fayda verir, işçi qüvvəsinin rəqabət qabiliyyətini, məhsuldarlığını, əməyin leqallaşdırılmasını təmin edir. 2022-ci ildə minimum əməkhaqqı yaşayış minimumunu (210 manat) 43 faiz üstələyəcəkdir. Digər tərəfdən bu artım, ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də yüksəlməsinə imkan verəcəkdir. Son 3 ildə həmin nisbət 2018-ci ildəki 26,5 fazidən 2019-cu ildəki 33,3 faziə, 2020-ci ildəki 38 faziə yüksəlib. 2022-ci ildə isə bu nisbət 40-42 faiz səviyyəsinə yüksələcək. Bununla da bu nisbətin qabaqacıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaqdır.
Aydın Hüseynov Prezidertn İlham Əliyevin “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamını da şərh edib və vurğulayıb ki, sənədə əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları yanvarın 1-dən orta hesabla 20 faiz artırılacaq. Bu məqəsdlə dövlət büdcəsindən 9 milyon manat illik vəsait nəzərdə tutulubdur. Həmin təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır. Beləliklə, yeni sosial paketin tərkib hissəsi olan bu addımlar nəticəsində həmin şəxslərin sosial rifahı yaxşılaşacaqdır.
Millət vəkili bildirib ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Bu sistemə görə, müxtəlif dərəcələrə sahib işçilərin əmək haqları minimum əmək haqlarının mislləri hesabına formalaşır. Bu baxımdan, minimum əməkhaqqının artırılması həmin işçilərin maaşlarına təsir edəcək.Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri bu Sərəncamdan irəli gələn tələblərə uyğunlaşdırılacaq.
A.Hüseyov bildirib ki, Prezidentin imzaladığı digər sərəncamlara əsasən təhsil işçilərinin maaşı artırılıb. “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncama” əsasən, diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacaqdır. Həmçinin, 2022-ci il yanvarın 1-dən peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacaq. Beləliklə, təhsil sektorunda orta aylıq əmək haqqı təxminən 25-30 faiaz artaraq təxminən 600 manata çatacaqdır. Maaş artımlarına büdcədən əlavə 320 milyon manat vəsait ayrılacaqdır.
Millət vəkili qeyd edib ki, yaxın günlərdə digər dövlət sektorunda çalışan işçilərin, eyni zamanda, müxtəlif sosial qrupların, pensiyaçıların, sosial təaqüd alan şəxslərin, tələbələrin, bütün sosial qrupların da maaşlarının artırılması barədə sərəncamlar imzalanacaqdır. Beləliklə, yeni sosial artım tədbirləri 2022-ci ildə 3 milyondan çox vətəndaşı əhatə edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB