Çin Xalq Respublikasının (ÇXR) Bazara Nəzarət və Tənzimləmə üzrə Baş Dövlət İdarəsi internet nəhəngləri Alibaba və Tencent də daxil olmaqla Çinin bir sıra ən böyük şirkətlərini antiinhisar qanunlarını pozduqlarına görə cərimələyib. SİA xəbər verir ki, bu barədə ölkənin Bazara Nəzarət və Tənzimləmə üzrə Baş Dövlət İdarəsinin öz saytındakı bəyanatında deyilir.
Ümumilikdə, tənzimləyici son vaxtlar antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı 43 iş başlatmış və araşdırmışdır ki, bunlar əsasən əvvəllər aparılmış əməliyyatlar, birləşmə və satınalmalarla bağlıdır və şirkətlər bu barədə səlahiyyətli orqanlara məlumat vermirlər.
Auditin nəticələrinə əsasən, idarə ÇXR-in Antiinhisar Qanununun 48 və 49-cu maddələrinə uyğun olaraq, hər biri 500 min yuan məbləğində cərimə ödəməli olan qanun pozucularının inzibati cəzalandırılması haqqında qərar qəbul edib.
Qanunu pozan şirkətlərin siyahısına Çinin ən böyük internet şirkəti “Alibaba Group”, internet nəhəngi “Tencent Holdings”, Çinin ən böyük pərakəndə satış şirkətlərindən biri olan “Suning”, eyniadlı taksi xidmətinin sahibi olan DiDi konqlomeratı və texnologiya şirkəti “Baidu” daxildir.
Xatırladaq ki, son illərdə Çin hakimiyyəti antiinhisar nəzarətini əhəmiyyətli dərəcədə gücləndirib. Məsələn, bu ilin aprelində antiinhisar qanunlarını pozduğuna görə Çinin bazara nəzarət və tənzimləmə üzrə dövlət qurumu Alibaba-nı rekord məbləğdə 18,34 milyard yuan (2,78 milyard dollar) cərimələyib. Oktyabr ayında hakimiyyət orqanları antiinhisar qanunlarını pozduğuna görə qida tədarükü şirkəti Meituan-ı 3,44 milyard yuan (təxminən 533 milyon dollar) cərimələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB