Türkiyə ilə ticarət dövriyyəmiz 3 mlrd. dolları ötüb

2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu illə müqayisədə 7,7 faiz azdır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3,248 mlrd. ABŞ dollar təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü illə müqayisədə 0,3 faiz çoxdur.

SİA APA-ya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,938 mlrd. dollar, idxal isə 1,310 mlrd. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 8,1 faiz azalıb, idxal isə 15,9 faiz artıb. Nəticədə, 2021-ci ilin yanvar-sentyabr aylarında 628,564 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 35,7 faiz azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu illə müqayisədə 7,7 faiz azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə