Bank BTB pandemiyadan zərər çəkmiş sahibkarlara dəstək olmağa davam edir

Bank BTB Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı həyata keçirilən dövlət dəstəyi tədbirlərində fəal iştirak edir. SİA-nın xəbərinə görə, bu tədbirlər çərçivəsində Bank BTB Sahibkarlığın İnkişaf Fondu (SİF) ilə birgə pandemiyadan zərər çəkmiş sahibkarlara güzəştli kreditlər təqdim edir. Qeyd edilən kreditlərin maksimum məbləği 3 mln AZN, illik faiz dərəcəsi isə 15%-dək təşkil edir. Onu da qeyd edək ki, layihə üzrə verilən kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən subsidiyalaşdırılır. Kreditlər güzəşt müddəti 12 ay olmaqla 3 ilədək müddətə təklif olunur. Həmçinin sözügedən güzəştli kreditlərin 60%-dək hissəsinə dövlət tərəfindən zəmanət verilir.

Nəzərinizə çatdıraq ki, Bank BTB bu günə kimi pandemiyadan zərər çəkmiş sahibkarlara 2 mln 200 min AZN-dən artıq kredit verib.

Güzəştli kredit əldə etmək istəyən sahibkarlar 0553000946 WhatsApp nömrəsinə (https://wa.me/994553000946), bankın filial şəbəkəsinə müraciət edə bilərlər.

Bankın məhsul, xidmət, kampaniya, ATM və xidmət nöqtələri barədə məlumat almaq istəyən şəxslər Bank BTB-nin rəsmi səhifəsinə www.btb.az, eləcə də Facebook (www.facebook.com/bankbtb), Instagram (www.instagram.com/bankbtb) səhifələrinə müraciət edə, və ya (012) 946 Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə