Neft ucuzlaşmaqda davam edir
Dünya bazarında "Brent" markalı neftin qiyməti 5,34 faiz ucuzlaşıb. SİA-nın məlumatına görə, bu markalı neftin qiyməti "ICE" London birjasında 26,94 dollar/ barel təşkil edib. WTI markalı neftin aprel fyuçerslərinin qiyməti 10,7 faiz azalaraq 23,14 dollar/barel təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə