Brent markalı neft bahalaşıb

Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) markalı neftin ixracına dair mart müqaviləsinin dəyəri 0.07 dollar bahalaşaraq 1 barelə görə 85,65 dollar təşkil edib.

 

SİA-nın xəbərinə görə, ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında Brent Crude Oil markalı neftin mart fyuçerslərinin 1 barelinin dəyəri 0,73 dollar qalxaraq 101,67 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə