Cari ildə Çinin Şansi vilayəti (Sian) ilə Azərbaycanın ticarət dövriyyəsi 10 milyon dollar artıb. SİA xəbər verir ki, bu barədə Sian şəhərinin Xalq hökumətinin vitse-meri Qao Qao Bakıda keçirilən ticarət və əməkdaşlıq forumunda deyib.
O bildirib ki, ötən il isə Şansi ilə Azərbaycanın ticarət dövriyyəsi 29 faiz artıb: “İyulun 5-də Şansi vilayətində yola düşən qatar Azərbaycana çatacaq. Bu, iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək”.
Çinli qonaq diqqətə çatdırıb ki, sentyabrda Şansi vilayətində 8-ci Avrasiya əməkdaşlıq forumu keçiriləcək. O, Azərbaycan rəsmiləri və sahibkarları sərgidə iştiraka dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB