""Qazprombank"la əməkdaşlığın genişləndirilməsi perspektivləri var"
"Qazprombank" və Azərbaycan əməkdaşlığın genişləndirilməsi perspektivlərinə malikdirlər. SİA xəbər verir ki, bu sözləri Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov "Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes-seminarda deyib.
Şura sədri "Qazprombank"ın Azərbaycanda layihələrin maliyyələşdirilməsində böyük və uğurlu təcrübəsi olduğunu diqqətə çatdırıb.
S.Qurbanov, həmçinin iki ölkənin əməkdaşlığında rəhbəri olduğu Azərbaycan-Rusiya İşgüzar Şurasının rolunu da qeyd edib və vurğulayıb ki, Azərbaycanla Rusiyanın işgüzar dairələri arasında qarşılıqlı əməkdaşlığın dərinləşməsində bu qurum səmərəli mexanizmdir: “İşgüzar şuranın müxtəlif sənaye sahələrini təmsil edən 120 üzvü var və onların arasında özəl şirkətlər, dövlət təşkilatları, eləcə də kiçik və orta biznesin nümayəndələri yer alır. İşgüzar şura Rusiyanın “İşgüzar Rusiya” İctimai Birliyi, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyi, o cümlədən dövlət strukturları, xüsusilə də Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyi kimi tərəfdaş qurumlarla fəal əməkdaşlıq edir”.
Qeyd edək ki, biznes-seminar Azərbaycan-Rusiya İşgüzar Şurası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın “Qazprombank” SC-nin birgə təşkilatçılığı ilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB