“İKT və iqlim dəyişikliyi” mövzusunda beynəlxalq konfrans keçirilib
Bu gün "Hyatt Regency " mehmanxanasının Quba zalında "BakuTel-2010" XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbir dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda "Ekologiya ili" ilə əlaqədar olaraq tədbir "İKT və iqlim dəyişikliyi" mövzusuna həsr edilib. Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nazir Əli Abbasov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura və Beynəlxalq Telekomunikasiya İttifaqının nümayəndəsi Artur Levin iştirak edib. Tədbirin açılışını Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov açıq elan etdikdən sonra tədbirin mahiyyəti barədə bir neçə cümlə deyib. O, İKT-nin inkişafı və ekoloji məsələlərin həlli istiqamətində ölkədə həyata keçirilən irimiqyaslı layihələr, tədbirlər barədə danışdıqdan sonra, SMART-2020 beynəlxalq sənədinin əhəmiyyətini qeyd edib: "Bir çox məhsullar artıq günümüzün təlabatına əsasən rəqəmsallaşır. O cümlədən 21-ci əsrin bir sıra problemləri ilə uzlaşdırılmış planlar əsasında inkişaf xətti cızılır. Bu səbəbdən də informasiya texnologiyaları müasir yaşıl iqtisadiyyatın qurulmasına yönəlib. Bu sahədə bir çox işlərin görülməsi nəzərdə tutulub. Mən inanıram ki, bu konfransda digər konfranslar kimi uğurlu olacaqdır".
Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxış edib. Nazir müavini konfransın mahiyyəti barədə tədbir iştirakçılarına bir sıra məlumatlar verib. O bildirib ki, informasiya və telekomunikasiya texnologiyaları sahəsində qazanılmış bir sıra nailiyyətlərin ekoloji tədqiqat sahələrinə tətbiqi öz müsbət nəticələrini verib. " Milli hidrometorologiya xidmətinin müasir tələblərə uyğun inkişafı üçün hidrometoroloji müşahidə şəbəkəsi son dərəcə modernləşdirilib. O cümlədən yüksək dağlıq ərazilərdə müşahidələri aparmaq üçün kompleks hidrometoroloji və ekoloji tədqiqat elm mərkəzi yaradılıb. Bir sıra veb-kameraların da quraşdırılması nəticəsində müşahidə prosesini yüksək səviyyədə aparılmasına kömək edir. Nəticə etibarilə hər bir Azərbaycan vətəndaşı internet vasitəsilə istənilən ərazini canlı rejimdə müşahidə edə biləcək". Daha sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura və Beynəlxalq Telekomunikasiya ittifaqının nümayəndəsi Artur Levin çıxış edib. Hər iki qonaq tədbirin mahiyyəti və əldə ediləcək uğurlar barədə geniş söhbət açıblar.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB