Hökumətin cərimələrlə bağlı QƏRARI

Hökumətin cərimələrlə bağlı QƏRARI

Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib. SİA-nın məlumatına, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydası” təsdiq edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə