Bu il Sumqayıt Kimya Sənaye Parkında 6 müəssisə fəaliyyətə başlayacaq
Bu il Sumqayıt Kimya Sənaye Parkında (SKSP) 6 müəssisə fəaliyyətə başlayacaq. Bu barədə İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir Şahin Mustafayev deyib.
“Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 6-ya çatıb. SKSP-də daha 6 müəssisə 2018-ci ildə fəaliyyətə başlayacaq. Ümumilikdə, SKSP-nin 15 rezidenti var. Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələrinin investisiya dəyəri 2,7 milyard ABŞ dollarıdır. Artıq layihələrə 1,9 milyard ABŞ dolları investisiya yatırılıb. Hazırda Sənaye Parkında istehsalat və tikintidə 8 min 400 işçi çalışır. Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir”, - deyə nazir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB