İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb

İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb

İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan nümayəndəliyi ilə birgə keçirilən Respublika İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb.

SİA xəbər verir ki, dekabrın 21-də müsabiqənin təltifetmə mərasimi keçirilib. Müsabiqəyə İqtisadiyyat Nazirliyi və "ASAN xidmət"in "İdeya Bankı" vasitəsilə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-ə yaxın layihə təqdim olunub.

İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişaf üzrə gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, innovasiyaların həvəsləndirilməsi, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədilə təşkil olunmuş İnnovasiya Müsabiqəsi ölkəmizdə innovasiya sahəsində bu formatda keçirilən ilk tədbirdir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə