Daha çox fəaliyyətlərin icra olunması proqnozlaşdırılır AÇIQLAMA

“Starteji Yol Xəritəsinin monitorinqinin qiymətlənidirilməsinin aparılması birmənalı şəkildə yüksək qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, monitorinqin əsas özəlliyi ondan ibarətdir ki, bu qiymətləndirilmə müstəqil və obyektiv olaraq aparılıb: “Monitorinqin nəticəsinin əldə edilməsində yalnız dövlət qrumları deyil, müstəqil ekspertlər də iştirak ediblər. Bu proses isə mövcud texnologiya əsasında icra vəziyyətinin daha doğru və obyektiv təmin edilməsinə imkan verir. Burada fərdi sahiblərin olması eyni zamanda, onlarla icra qurumlarının işlərinin arasındakı fərq ondan xəbər verir ki, məhz qiymətləndirmə tam olaraq reallığı əks etdirir. Qiymətləndirmədə digər əsəs səbəb onunla bağlıdır ki, belə qiymətləndirmə strateji yol xəritəsinin icra vəziyyətini öyrənməyə imkan yaradır. Monitorinqin nəticələrinə diqqət yetirdikdə aydın olur ki, dövlət qurumları strateji yol xəritəsinin icrası ilə bağlı hansı fəaliyyətləri həyata keçirib və keçirməyib. Nəzərə almalıyıq ki, hər bir qiymətləndirmə tövsiyyələrlə müşahidə olunurdu və bu müsbət haldır. Tövsiyələrin təqdim olunması ondan xəbər verir ki qiymətləndirmədə strateji yol xəritəsindən məhsul olan dövlət qurumlarının növbəti mərhələdə öz fəaliyyətlərini həyata keçirmək üçün bir baza formalaşdırır. Nəticədə bu dövlətin ən vacib sənədin post-neft dövründə qiymətləndirilməsi həmdə onun səmərəliliyinin aparılması tərəfindən vacibdir. Bu monitorinq real vəziyyəti müəyyənləşdirməyə imkan verməklə yanaşı dövlət qurumlarının strateji yol xəritəsinin icrası ilə bağlı vəzifələrini və məsulliyyətini artırılmasına imkan yaradır. Nəzərə almaq lazımdır ki, qiymətləndirmə yarım ili əhatə edir və illik qiymətləndirmə zamanı daha çox fəaliyyətlərin icra olunması proqnozlaşdırılır. Elə fəaliyyət növü var ki, 2017- ci il üçün nəzərdə tutulub və məsul dövlət qurumu onu ilin ikinci yarısında həyata keçirməyi planlaşdırır. Nəzərə alsaq ki, bu qiymətləndirmə yanvar, iyun aylarını əhatə edib və Azərbaycan növbəti dövürlərdə də qeyri-neft sektorunu payını artıracaq və iqtisadiyyatın şaxələnməsi ilə bağlı fəaliyyətlərini geniş miqyasda davam etdirəcək”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...