Bu gün iyulun 3-də Mərkəzi Bankın keçirdiyi vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracında tələb təklifi 4 dəfədən çox üstələyib. SİA Mərkəzi banka istinadən xəbər verir ki, hərracda depozilərə tələb 437,4 milyon manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.
Xatırladaq ki, son hərracda Mərkəzi bank 100 milyon manat yığmağı planlaşdırıb.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB