Əhalinin əmanətlərinin həcmi 36% artıb

Əhalinin əmanətlərinin həcmi 36% artıb

2010-cu il avqust ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4401,4 mln. manat təşkil edib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, bunun 2716,3 mln. manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,8% çoxdur. Depozitlərin 1685,1 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür.

2010-cu il avqustun 1-nə banklara qoyulan əmanətlərin 1212,1 mln. manatı (44,6%) manatla, 1504,2 mln. manatı (55,4%) isə xarici valyuta ilə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə