İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Regional Kollecində, Qazax nümayəndəliyinin təşkilatçılığı ilə isə Qazaxda gənclər üçün treninqlər keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, "Biznes ideyanı yarat", "Biznes planların hazırlanması", "Öz biznesinə başla" və "İstehsal sahələrinin idarə edilməsi" mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes planın tərtib edilməsi, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması, brendləşmə, "Made in Azerbaijan" brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyasından danışılıb.
Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB