BTC ilə 2,1 milyon tona yaxın Azərbaycan nefti nəql olunub

BTC ilə 2,1 milyon tona yaxın Azərbaycan nefti nəql olunub

Bu ilin mart ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 79 min 910 ton Azərbaycan nefti nəql olunub. SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, cari ilin yanvar-mart aylarında bu kəmərlə 6 milyon 481 min 809 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il aprel ayının 1-ə qədər BTC-yə 328 milyon 19 min 871 ton neft vurulub.

Bundan başqa cari ilin mart ayında BTC kəməri ilə 17 min 471 ton Türkmənistan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə