Müxtəlif sahələrdə çalışanlar üçün bankların təklif etdikləri kreditlər mövzusu hər kəsə maraqlıdır. Təbii ki, vətəndaşların bankdan kredit əldə etməsi üçün belə yazılar faydalı olur. Qeyd edək ki, bankların kredit faizləri və komisyon haqları da müxtəlifdir.
Kapital Bank

Müştərilərə sərfəli şərtlərlə kredit məhsulları təklif edir. Hazırda Kapital Bank müştərilərinə manatla nağd pul krediti təklif etməkdə davam edir. "Gündəlik tələbat krediti"nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Qeyd edək ki, bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
AccessBank

Daha universal və əlverişli olan "Nağd kredit" istehlak kredit növünü təqdim edir. Dövlət və özəl müəssisə əməkdaşları kreditin rəsmiləşdirməsinə minimal vaxt sərf edərək, AccessBank-da nağd şəkildə kredit ala bilərlər. Məbləğ minimal 500 AZN – maximal 10.000 AZN təşkil edir. Müddəti minimal 6 ay - maximal 24 ay ərzində verilir. İllik faiz dərəcəsi: 29% təşkil edir. Kreditlər üzrə FİFD (Faktiki illik faiz dərəcəsi): min 30,1% - max 32,6%. Girov: tələb olunmur. Azərbaycan Respublikasının vətəndaşlığı, 21 - 65 arası yaş həddidir. Son iş yerində minimum 1 il əmək stajı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur.
Beynəlxalq Bank

Beynəlxalq Bankın kartı vasitəsilə əmək haqqı alan şəxslərə 15000 min manatadək nəğd pul krediti təklif edir. Bu kreditin müddəti 24 aydan (təminatsız), 36 ayadəkdir (təminatlı). Faiz dərəcəsi (təminatsız) 29%, (Təminatlı -zamin ABB-nin kartı vasitəsilə əmək haqqı və ya pensiya alan şəxs olduğu halda) 27% təşkil edir. Komisyon haqqı kredit məbləğinin 1%- məbləğində hesablanır. Qeyd edək ki, əmək haqqının üç mislindən və 3.000 manatdan yuxarı məbləğdə kreditlər üçün bir nəfər zamin tələb olunur. 10.000 manatdan yuxarı məbləğdə kreditlər üçün iki nəfər zamin tələb olunur. Zaminin əmək haqqı və ya pensiyası aylıq ödənişin 150 faizini təşkil etməlidir. Fərdi qaydada kredit məbləğindən asılı olmayaraq zaminlik tələb oluna bilər. Əmək haqqını ABB tərəfindən buraxılmış "əmək haqqı" kartları vasitəsilə alan, hazırda işlədikləri müəssisələrdə iş stajı ən azı 6 ay olan, yaşı minimum 20, maksimum – kredit öhdəliyinin sonuncu ödəniş tarixinə 65 yaşı olan şəxslər kredit üçün ABB-yə müraciət edə bilər. Borcalan kredit üçün Banka şəxsiyyətini təsdiqləyən sənədi, zamin isə şəxsiyyəti təsdiqləyən sənədlə yanaşı, iş yerindən arayış və ya rəsmi gəlirlərini təsdiqləyən digər sənədləri (əmək haqqını ABB-nin kartı vasitəsilə aldıqda tələb olunmur), həmçinin pensiya haqqında arayışı təqdim edir.
Bank of Baku

Bank of Baku-dan kredit alan şəxsin iş yeri Bankın partnyorlarından biri olmalıdır. İş yerinizin Bank of Baku-nun partnyoru olub olmamasını öyrənmək üçün bankla əlaqə saxlamalısınız.
Bank Respublika

Bank Respublika istehlak kreditləri təklif edir. Maksimal olaraq həmin kreditlər 5000 manatadək verilir. Kredit götürmək üçün iş yerindən arayış, şəxsiyyət vəsiqəsi zamin tələb oluna və yaxud girov qoyula bilər.
Unibank

300 manatdan 500 manatadək kredit təklif edir. Həmin kreditər 24 ay müddətində 23 faizdən başlayaraq verilir. Minimum yaş həddi 20 yaş, kreditin qurtarma müddətinə yaş həddi 65-dən çox olmamalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB